Konqo və Ruanda arasında sülh sazişi imzalayıb

Tarix: 22:40 27.06.2025
Konqo Demokratik Respublikası (DR) və Ruanda arasında sülh sazişi imzalanıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən rəsmi imzalanma mərasimi ABŞ Dövlət Departamentinin “YouTube” kanalında canlı yayımlanıb.
ABŞ Dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilən tədbirdə sənədi Konqo DR-nin xarici işlər naziri Tereza Kayivamba və Ruandanın XİN rəhbəri Olivye Nduhungirehe imzayıblar.