Müharibənin kodu: 3.67!

Tarix: 20:36 27.06.2025
ABŞ Prezidenti Donald Trampın iyunun 24-də elan etdiyi atəşkəsdən sonra qarşıdurmalarda hər iki tərəfin verdiyi itkilər və zərərlər ortaya çıxmağa başlayıb. İranın İsrailə qarşı cavab tədbirləri nəticəsində sığınacaqlara qaçarkən yıxılanlar və hücumlardan psixoloji təsirlənənlər də daxil olmaqla 29 nəfər ölüb, ümumilikdə 3491 nəfər yaralanıb.
10 996 israilli İran raketlərinin vurduğu ərazilərdən təxliyə edilib, daşınar və daşınmaz əmlaka 38 700 ziyan dəyməsi barədə hesabat verilib. İran Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində 627 nəfər həyatını itirib, ən azı 4870 nəfər yaralanıb. İsrail ordusunun hücumları nəticəsində azı 25 yüksək rütbəli İran komandiri həlak olub. Bu gərginliklər fonunda ABŞ-nin müharibəyə cəlb olunması hadisənin miqyasını dəyişdi. Lakin bu, iki ölkə arasında ilk böhran deyildi. Bu günə işıq salan hadisə tək bir rəqəmdə gizlədilib: 3.67!
İran və İsrail torpaqları hər gün yeni raket hücumları ilə hədəfə alınarkən, üçüncü bir ölkənin müdaxiləsi vəziyyəti kökündən dəyişdi. Bu müdaxilə ABŞ-nin B-2 bombardmançıları ilə İranın üç nüvə obyektini hədəfə alması və bunkerləri deşən bombalarla vurması idi. ABŞ-nin bu şəkildə müharibəyə qoşulması iki kritik sual doğurdu: Müharibə daha da alovlanacaq, yoxsa atəşkəs mümkündür? Cavab tezliklə özünü göstərdi; müharibədə atəşkəs qərarı verildi. İyunun 13-də İsrailin hücumları ilə başlayan münaqişə yeni dövrün başlanğıcı oldu və İranın atəşkəsdən sonrakı vəziyyəti hələ də qeyri-müəyyən olaraq qalır. Hər şeyi başlatan hadisələr silsiləsi nəhəng bir başlığa əsaslanırdı: Nüvə! Hacettepe Universiteti Beynəlxalq Əlaqələr Bölümü Müəllim Dos. Prof. Dr. Şebnem Udum müharibədəki 'nüvə səhnəsini' bu gündən əvvəl və sonra ilə izah edib.
CNN Türk
Əminə Əliyeva