İsrailli şirkət GKRY-də dənizə sıfır rezidensiyalar inşa etmək üçün icazə alıb

Tarix: 21:12 27.06.2025
İsrailli bir şirkətin Cənubi Kipr Rum İdarəsinin (GKRY) Larnaka şəhərində dənizə sıfır 2 rezidans tikmək üçün icazə aldığı bildirilib.
Rum mətbuatında çıxan xəbərlərə görə, GKRY Ətraf Mühit İdarəsi Larnaka sahilində israillilər tərəfindən 68 metr hündürlüyündə, iki rezidansın inşası ilə bağlı ətraf mühit araşdırmasını şərti olaraq təsdiqləyib.
İngiliscə nəşr olunan Cyprus Mail qəzeti xəbərində, adıçəkilən rezidansların 15 mərtəbəli olmasının gözlənildiyini bildirərək, tikintinin Alon Natan Rechter adlı israilli tərəfindən idarə olunan Solvin Ltd adlı İsrail şirkəti tərəfindən həyata keçiriləcəyini qeyd edib.
Xəbərdə, Larnakada dənizə sıfır inşa ediləcək iki binanın 40 milyon avroluq investisiya ilə tikiləcəyi və GKRY Ətraf Mühit İdarəsinin tikintiyə şərti icazə verdiyi vurğulanıb.
Rum mətbuatı İsrail ilə İran arasındakı qarşıdurmalardan sonra GKRY-yə gələn israillilərin burada çox sayda əmlak almasını tənqid edən xəbərlər yayımlayır.
Rum mətbuatında, israillilərin GKRY-nin Larnaka və Limasol şəhərlərində gettolar yaratdıqları iddia olunur və onlar GKRY-nin İsrailin arxa bağı halına gəldiyini irəli sürən onlarla məqalə və xəbər dərc ediblər.
Ana müxalifət partiyası Əməkçi Xalqın İnkişaf Partiyası (AKEL) Baş Katibi Stefanos Stefanu partiyasının qurultayında çıxışında israillilərin GKRY-də nəzarətsiz şəkildə torpaqlar aldığını vurğulayaraq, “Ölkəmiz əldən gedir. İsrail bizi işğal edir” ifadələrini işlətmişdi.
Stefanu, israillilərin Cənubi Kiprdə əmlak və iş yerləri almasını planlı şəkildə həyata keçirdiyini, israilli vətəndaşların sionist məktəblər və sinaqoqlar yaradaraq, qapalı məkanlar (getto) formalaşdırmaq istiqamətində olduğunu deyib.
Rum mətbuatı və ana müxalifətdən gələn “İsrail” tənqidləri arasında GKRY-nin Solvin Ltd şirkətinə tikinti icazəsi verməsi tənqid və etirazlara səbəb olub.
TRT XƏBƏR
Lalə Qurbanlı