Trampın bənzətməsi yaponları qəzəbləndirib

Tarix: 21:58 27.06.2025
Yaponiya hökuməti ABŞ-nin İranın nüvə obyektlərinə hava hücumlarını İkinci Dünya Müharibəsində Hirosima və Naqasakiyə atılan atom bombalarına bənzətməsini "son dərəcə kədərli" adlandırıb.
Trampın bu bənzətməsini “son dərəcə kədərli” kimi qiymətləndirən Hayaşi, bunun “atom bombası hücumlarını haqlı çıxarmaq üçün edildiyini” düşündüyünü bildirib.
Tramp, Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Liderlər Zirvəsinin kənarlarında etdiyi çıxışda İranın nüvə obyektlərinə həftəsonu həyata keçirilən hücumlarla bağlı “Hirosima nümunəsini çəkmək istəmirəm. Naqasaki nümunəsini də çəkmək istəmirəm. Amma tam olaraq belə olub. Bu, müharibəni sona çatdırıb", - deyə bildirib.
Yaponiya hökuməti daha əvvəl verdiyi açıqlamada İsrail ilə İran arasında əldə olunan atəşkəsi məmnuniyyətlə qarşıladığını və ümidli olduğunu bildirib.
Haberler.com
Aygün Babayeva