Makron: Atəşkəs tələbi rədd edilsə, Fransa ABŞ-la Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

Bölmə: Dünya › ,
Tarix: 00:15 17.05.2025

 

Fransa prezidenti Emmanuel Makron Ukraynanın İstanbulda atəşkəslə bağlı tələblərinə Rusiyanın cavabları ilə bağlı məlumat gözləyir ki, Moskva bundan imtina edərsə, ABŞ-lə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edə bilsin.

 

“İnformator.az” xəbər verir ki, Makron bu haqda Avropa İttifaqının mətbuat konfransında bildirib.

 

 

"Rusiya tərəfi bu gün baş tutan müzakirələrdən sonra Ukrayna tərəfinə cavab verəcəyini vəd edib. İndi biz səbirli olmalıyıq. Lakin sonra atəşkəs tələbinə cavab mənfi olaraq qalsa, reaksiya verməli və sanksiyaları sərtləşdirməli olacağıq. Hazırda avropalılar və ABŞ arasında iş gedir, lakin təfərrüatlara varmaq hələ tezdir", - o deyib.