Döyülərək öldürülən Elgünün imtahan nəticələri açıqlanıb

Bölmə: Sosial › ,
Tarix: 00:50 17.05.2025

 

Gəncədə döyülərək öldürülən Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi bu gün açıqlanıb.

 

“İnformator.az” xəbər verir ki, mərhum 11-ci sinif şagirdi Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.

 

Bu barədə bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən SMS-bildiriş göndərilib:

"İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85.0 bal toplamısınız".

 

 

Eyni zamanda, Elgün martın 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında 204 bal (300 baldan) toplayıb.