"Düşünürəm ki, bunu etməyimizin vaxtı çatıb”

Bölmə: Dünya › ,
Tarix: 22:52 16.05.2025

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə mümkün qədər tez danışıqlara başlamağı planlaşdırdığını bildirib.

 

“İnformator.az” xəbər verir ki, Amerika liderinin sözlərini “CBS News” yayıb.

 

“Düşünürəm ki, bizim bunu etməyimizin vaxtı çatıb”, - Tramp bildirib.

O, yaxın vaxtlarda Putinə zəng edəcəyini də qeyd edib.

 

ABŞ Prezidenti izah edib ki, onun Rusiya lideri ilə görüşü Ukraynadakı münaqişənin həllinə kömək edə bilər.