Putin Lavrovu ali ordenlə təltif etdi: Rusiyaya sədaqəti...

Bölmə: Dünya › ,
Tarix: 11:14 23.05.2025

Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrova “Müqəddəs apostol Andrey Pervozvannı” ordenini təqdim edib.

 

"İnformator.az"  xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

“Rusiyanın baş diplomatı Sergey Lavrovun istedadı, biliyi, təcrübəsi və zəkası ona həm ölkəmizdə, həm də bütün dünyada, həm dostlar arasında, həm də geosiyasi rəqiblər adlandırılanlar arasında qeyd-şərtsiz hörmət qazandırıb. Bu tanınmanın əsası onun Rusiyaya sədaqəti və istənilən şəraitdə onun maraqlarını qətiyyətlə müdafiə etməyə hazır olmasıdır”, - Putin ordeni təqdim edərkən qeyd edib.

 

Putin bildirib ki, bu orden Rusiyanın ən ali mükafatlarından biridir.