Nazirlər Kabineti ali məktəblərə qəbul üçün plan yerlərinin sayını təsdiqləyib

Bölmə: Sosial › ,
Tarix: 11:25 23.05.2025

Nazirlər Kabineti ali məktəblərə qəbul üçün plan yerlərinin sayını təsdiqləyib.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar mətbuat konfrasında deyib.

 

"Mülkü ali məktəblərə 60 489 nəfər qəbul edəcəyik. Keçən ilki plan yerlərindən 1300 yer, 2 faiz çoxalıb. Dövlət sifarişli yerlərin sayı 568 yer artıb. Bu il kolleclərə 15874 nəfər qəbul edəcəyik. Amma 9 illikdə verilən yerlərin sayı 25 faiz azalıb. Bu il 8144 nəfər qəbul olunacaq", - o qeyd edib.