Tramp: Tezliklə Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi həyata keçiriləcək

Bölmə: Dünya › ,
Tarix: 14:14 23.05.2025

Rusiya və Ukrayna tezliklə irimiqyaslı əsir mübadiləsi həyata keçirəcək, tərəflər arasında artıq razılaşma əldə olunub.

 

“İnformator.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

 

"Rusiya və Ukrayna indicə əsir mübadiləsi barədə razılaşıb. Bu, tezliklə baş verəcək. Danışıqlarla bağlı hər iki tərəfi təbrik edirəm”, - o qeyd edib.


Xatırladaq ki, daha əvvəl tərəflər "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi barədə razılığa gəlib.