Rusiya Ukrayna ilə danışıqlar üçün Türkiyəni ən uyğun məkan hesab edir

Bölmə: Dünya › ,
Tarix: 15:31 23.05.2025

Rusiya Ukrayna ilə danışıqların məhz Türkiyə ərazisində keçirilməsini məqsədəuyğun hesab edir.

 

“İnformator.az” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi bildirib.

 

"Moskva Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığında müzakirə olunan sülh sazişinin şərtlərini əhatə edən memoranduma dair danışıqların davam etdirilməsi üçün ən uyğun platforma kimi Türkiyəni görür", - deyə mənbədən qeyd edilib.