Bakının mərkəzində avtomobil yanıb

Bölmə: Hadisə › ,
Tarix: 15:47 23.05.2025

Səbail rayonunda minik avtomobilində yanğın olub.

 

“İnformator.az” xəbər verir ki, hadisə “Sahil” metrosunun yaxınlığında qeydə alınıb. "Audi" markalı avtomobil qəflətən alışaraq yanmağa başlayıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası və texnikası cəlb olunub. Yanğın söndürülüb.