Prezident TƏSDİQLƏYİB- Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək

Bölmə: Siyasət › ,
Tarix: 15:47 05.06.2025

Azərbaycanda dövlət siyahısına daxil edilən abidələrə vahid qaydalar əsasında pasport veriləcək.

 

“İnformator.az” President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklik edib.

 

Dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə müəyyən ediləcək.


Bundan başqa, dövlət başçısı "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.