Paşinyanın qeyri-real Ermənistanı

Tarix: 23:32 05.06.2025
Ermənistanın baş naziri Nikol Paşinyanın "real Ermənistan" konsepsiyası yenidən tənqidlərə səbəb olub. 2024-cü ildən etibarən Paşinyan Ermənistanın beynəlxalq tanınan sərhədlərini – 29 743 km² – yeganə "real" ərazi kimi təqdim edərək Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib.
Lakin bu günlərdə Yerevan Dövlət Universitetindəki çıxışında baş nazir “44 günlük müharibə ilə Vətənin bir hissəsini itirdik” deyərək əvvəlki fikirlərinə zidd açıqlama verib. Siyasi müşahidəçilər bu ziddiyyətli mövqeyin Ermənistan rəhbərliyinin üç məqsədinə xidmət etdiyini bildirirlər: konstitusiyada ərazi iddialarını qorumaq, gənclər arasında revanşist əhval-ruhiyyə formalaşdırmaq və beynəlxalq aləmdə “məhrum edilmiş xalq” imici yaratmaq.
Bununla yanaşı, İrəvanın sülh dövrü ilə bağlı verdiyi bəyanatlar da real vəziyyətlə üst-üstə düşmür. Sülh müqaviləsinin imzalanmaması və ardıcıl ziddiyyətli açıqlamalar Ermənistanın qeyri-sabit və qeyri-səmimi siyasət apardığını göstərir.
Caliber
Billurə Quliyeva