"CONCACAF Qızıl Kuboku" 10-cu dəfə Meksikanın olub

Bölmə: İdman › ,
Tarix: 13:58 07.07.2025

"CONCACAF" (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) "Qızıl Kubok" finalında ABŞ-ni 2–1 hesabı ilə məğlub edən Meksika çempion olub. Bununla da Meksika tarixində 10-cu dəfə bu turnirin qalibi olaraq "Qızıl Kubok" tarixinin ən uğurlu komandası statusunu davam etdirib.

 

ABŞ-nin Hyuston şəhərində yerləşən "NRG Stadionu"nda keçirilən qarşılaşmada Amerika Birləşmiş Ştatları 4-cü dəqiqədə Chris Richardsın vurduğu qolla önə keçib. Meksika isə 27-ci dəqiqədə Raul Jimenezin qolu ilə bərabərlik əldə edib.

 

İkinci hissədə hücumlarını artıran Meksika 77-ci dəqiqədə Edson Alvarezin başla vurduğu qolla hesabı 2–1-ə gətirdi və matçın qalibi olub.

 

Beləliklə, Meksika tarixində 10-cu dəfə çempionluq qazanıb və "Qızıl Kubok"un ən titullu komandası olmağı davam etdirib.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə