Sadır Japarovun Tacikistana səfəri planlaşdırılır

Bölmə: Dünya › ,
Tarix: 19:52 07.07.2025

Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə bu ölkəyə dövlət səfəri edəcək. Bu barədə Qırğızıstan Prezident Administrasiyasının Xarici Siyasət Şöbəsinin rəhbəri Sağınbek Abdumutalip bazar ertəsi məlumat verib.

 

Abdumutalipin sözlərinə görə, səfər çərçivəsində Prezident Emoməli Rəhmonla ikitərəfli danışıqlar, eləcə də Tacikistan parlamentinin hər iki palatasının sədrləri və baş naziri ilə görüşlər planlaşdırılıb.

 

Səfərin sonunda iki prezidentin Birgə Bəyanat imzalayacağı və müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin qəbul olunacağı gözlənilir.

 

Rəsmi görüşlərdən əlavə, səfər proqramına Qırğızıstan-Tacikistan iqtisadi və investisiya forumu da daxildir. Bu tədbir iki ölkə arasında ticarət və biznes əlaqələrinin inkişafına töhfə vermək məqsədi daşıyır. Forumla yanaşı, hər iki ölkənin sənətçilərinin iştirakı ilə “Əbədi Dostluq” adlı mədəni konsert proqramı da təşkil olunacaq.

 

Bu səfər Mərkəzi Asiya regionunda qonşu ölkələr arasında diplomatik, iqtisadi və mədəni əlaqələrin dərinləşdirilməsi istiqamətində atılan genişmiqyaslı addımların tərkib hissəsidir.

 

ANEWZ

Gülhüseynova Güllər