Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr

Tarix: 17:39 07.07.2025
2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1 154 tələbə qəbul olunub və qəbul planı 98,5 faiz yerinə yetirilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Modern.az-a Qarabağ Universitetindən məlumat verilib.
2025/2026-cı tədris ilində Qarabağ Universitetində kadr hazırlığı 7 fakültədə (Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, Mühəndislik, İqtisadiyyat, Turizm və Tibb və sağlamlıq elmləri) 35 ixtisas üzrə həyata keçiriləcək.
Növbəti illərdə isə Aqrar elmlər fakültəsinin yaradılması planlaşdırılıb.