İsveç Ukraynada nüvə təhlükəsizliyi üçün 2,1 milyon dollar ayırıb

Bölmə: Dünya › ,
Tarix: 20:10 07.07.2025

İsveç hökuməti Ukraynada nüvə təhlükəsizliyini təmin etmək məqsədilə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA)-ya 20 milyon kron (2,1 milyon dollar) maliyyə yardımı ayırmaq qərarına gəlib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Xarici işlər naziri Mariya Malmer Stenerqaardın sözlərinə görə, bu addım Ukraynanın atom elektrik stansiyalarının təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də hökumət BAEA-yə əlavə dəstək vermək qərarına gəlib ki, o, Ukraynada mövcudluğunu davam etdirə bilsin.

 

Bu yardım İsveçin Ukraynadakı ümumi dəstək strategiyasının bir hissəsi olaraq veriləcək. İsveçin təşkilata ayırdığı vəsait əsasən agentlik ekspertlərinin Ukrayna atom elektrik stansiyalarında və Çernobılda fəaliyyət göstərməsini maliyyələşdirəcək.