Çin Trampı tariflərlə bağlı xəbərdar edib

Tarix: 12:21 08.07.2025
Çin ABŞ-nin tarif qərarlarına görə Trampı xəbərdar edib və avqustun 1-dən yeni rüsumların tətbiqinə cavab olaraq tədbirlər görəcəyini açıqlayıb. Pekin bildirib ki, tədarük zəncirindən kənarlaşdırılmağa yönəlmiş sazişlərə qoşulan ölkələrə qarşı da sərt reaksiya veriləcək.
ABŞ və Çin iyunda ticarət atəşkəsi barədə razılıq əldə etsə də, detallarla bağlı qeyri-müəyyənlik qalır. Tramp rüsumların əksəriyyətini müvəqqəti dayandırsa da, danışıqlarda irəliləyiş olmasa, sərt tariflərin qüvvəyə minəcəyini bəyan edib.
"People’s Daily" qəzeti əməkdaşlığın yeganə düzgün yol olduğunu vurğulayıb və ABŞ tariflərini “zorbalıq” adlandırıb. Məqalədə Çinin maraqlarına zidd hər hansı razılaşmanın qəbul olunmayacağı bildirilib və qanuni maraqların qətiyyətlə qorunacağı qeyd olunub.
Mənbə: Reuters
Qəmər Kazımzadə