DEM Partiyası İmralı nümayəndə heyətinin ədliyyə naziri Tunçla görüşü təxirə salınıb

Bölmə: Dünya › ,
Tarix: 12:21 08.07.2025

 

 

PKK-nın silahı yerə qoymağa başlaması gözləntiləri davam edərkən, DEM Partiyası İmralı nümayəndə heyətinin ədliyyə naziri Yılmaz Tuncla bu gün keçiriləcək görüşü təxirə salınıb.

 

DEM Partiyasından verilən açıqlamada: "Proqramın intensivliyi səbəbindən bu proqram təxirə salınıb. Yenidən toplantının tarixi və vaxtı dəqiqləşdikdə məlumat veriləcək",-ifadələri işlədilib.

 

DEM Partiyasının İmralı nümayəndə heyəti 7 iyulda Prezident Rəcəb Tayyib Ərdoğanı ziyarət edib.

 

Mətbuata qapalı keçirilən görüş bir saata yaxın davam edib.

 

Nümayəndə heyətinə DEM Partiyasının Van Millət vəkili Pervin Buldan və DEM Partiyasının Mardin millət vəkili Mithat Sancar daxil olub.

 

TRT Xəbər
Zəhra Möhübbətova