ABŞ tariflərdə Aİ-yə güzəşt etməyəcək

Bölmə: Dünya › ,
Tarix: 22:50 20.07.2025

ABŞ Avropa İttifaqı ölkələri üçün yeni artırılmış idxal tariflərinin başlama tarixini təxirə salmayacaq — onlar avqustun 1-dən qüvvəyə minəcək.


"İnformator.az" x
əbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lütnik CBS News telekanalına müsahibəsində bildirib.

 

ABŞ Ticarət Naziri Avropa ölkələrinəmöhlət verilməsi haqqında suala cavab verib"Yeni tariflər avqustun 1-dən qüvvəyə minəcək".

 

Eyni zamanda H.Lütnik vurğulayıb ki, Vaşinqton dialoqa açıqdır və məhdudiyyətlərin tətbiqi Brüssel və digər xarici ticarət tərəfdaşları ilə gələcək danışıqları istisna etmir.


Xat
ırladaq ki, avqustun 1-dən ABŞ Avropa İttifaqından gələn mallara 30 faizlik yeni rüsumlar tətbiq etməyə başlayacaq.