İranda güclü partlayış baş verib

Bölmə: Dünya › ,
Tarix: 23:27 20.07.2025

İranın Rəşt şəhərində yerləşən ticarət mərkəzində partlayış olub.


"İnformator.az" xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.


Hadisə Rəştin Bahonər küçəsində qeydə alınıb. İlkin məlumatlara görə, partlayışa səbəb qaz sızması olub.

 

Partlayış nəticəsində xəsarət alanlar və dağıntılarla bağlı rəsmi məlumat verilməyib.