Lənkəranda maşın dərəyə yuvarlanıb-xəsarət alanlar var

Bölmə: Sosial › ,
Tarix: 22:56 20.07.2025

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, qəza axşam saatlarında rayonun Xanbulan-Biləsəsər kənd yolunun Daşdatük kəndi ərazisində baş verib.

 

Astara rayonunun Siyəkü kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi Rzayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanaraq ağaca çırpılıb.

 

Nəticədə sürücü və sərnişinlər – Siyəkü kənd sakinləri, 2009-cu il təvəllüdlü Qalib Şahməmmədov və 2003-cü il təvəllüdlü Sənan Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.

 

Yaralılar həkim nəzarətindədir, müalicələri davam edir.


Faktla bağlı araşdırma aparılır.



Bölmədən digər xəbərlər
Hacıqabul və Salyan rayonlarında yaşıllaşdırma işləri ilə bağlı monitrinq keçirilib
Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2025-ci il tarixindən “Səhralaşma ilə mübarizə” layihəsinin icra edir.