Rusiya XİN təmsilçisi :-Fransada satanizm çiçəklənməkdədir

Bölmə: Dünya › ,
Tarix: 22:52 20.07.2025

Prezident Emmanuel Makronun hakimiyyətinin Fransanı sürüklədiyi sosial-iqtisadi böhran özünü büruzəverir. 


"İnformator.az" x
əbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.

 

Diplomatın sözlərinə görə, hazırda ölkədə qiymət artımı müşahidə olunur, sosial həmrəylik məkanı daralır. Fransanın dövlət borcu, Zaxarovanın qeyd etdiyi kimi, ÜDM-in 114%-nə çatıb və hər saniyə ən azı 5000 avro artır.


Bundan 
əlavə, Zaxarova Fransanın baş naziri Fransua Bayrunun iki milli bayramın: Qələbə Günü (Avropada 8 Mayda qeyd olunur) və Pasxa Bazar ertəsi günlərinin ləğvi ilə bağlı təkliflərinə diqqət çəkib. O, bu tədbirləri antisosial adlandıraraq, bu ölkədə “satanizmin inkişaf etdiyini” bildirib.