Keçmiş vitse-prezident Konqresdə Baydenin səhhəti ilə bağlı ifadə verəcək

Tarix: 22:51 20.07.2025
ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris və Co Baydenin həyat yoldaşı Cil Bayden keçmiş dövlət başçısının əqli sağlamlığı ilə bağlı aparılan təhqiqat çərçivəsində ifadə vermək üçün Konqresə çağırılmalıdır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə konqresmen Bayron Donalds "Fox News" telekanalına bildirib.
O, Baydenin prezidentliyi dövründə avtoimzadan istifadə etdiyini vəbunun üçün də bütün əfv fərmanlarının qanunsuz olduğunu vurğulayıb.
Bundan əvvəl Bayden əfv fərmanlarının imzalanması üçün avtomatik cihazdan istifadə edildiyini rəsmən etiraf edib.
İyunun 5-də ABŞ prezidenti Donald Tramp sələfinin dövründə avtoqələmdən istifadə edilməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.