İranın gizli nüvə obyekti: -Fordo və Natanzdan da böyükdür

Bölmə: Dünya › ,
Tarix: 23:25 20.07.2025

İranın Semnandakı nüvə obyektinin peyk şəkilləri yayımlanıb.


"İnformator.az" “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə "Foks Nyus" məlumat yayıb.


Məlumata görə, İranın hələ bəyan etmədiyi Semnan nüvə obyekti Fordo və Natanzdan daha böyükdür.

 

İddia olunur ki, "Rəngin kaman" (Göy qurşağı) kod adlı bu obyekt dinc olmayan nüvə fəaliyyətləri həyata keçirir.