“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib

Tarix: 17:25 22.07.2025
Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə ölkənin sərfəli mobil operatoru olan “Nar” media nümayəndələri üçün xüsusi tədbir təşkil edib.
Tədbirdə müxtəlif media orqanlarını təmsil edən 30 jurnalist iştirak edib. Mobil operator jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək cəmiyyətin məlumatlandırılmasında onların rolunu yüksək qiymətləndirib.
Tədbir çərçivəsində jurnalistlər üçün həm əyləncəli proqram, həm də komanda əsaslı intellektual oyunlar təşkil olunub. Yarışların sonunda qalib komandalara müxtəlif dəyərli hədiyyələr təqdim edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporatov ünsiyyət departamentinin direktoru Hökümə Kərimova media nümayəndələrini təbrik edib: “Milli mətbuatın 150 illiyi təkcə medianın deyil, bütövlükdə cəmiyyətin bayramıdır. Bu illər ərzində jurnalistlər daim informasiya körpüsü rolunu oynayıb, ictimaiyyətin etibar etdiyi söz daşıyıcıları olublar. “Nar” olaraq biz medianın cəmiyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirir, jurnalistlərlə etibarlı və şəffaf əməkdaşlığa xüsusi önəm veririk”. Bundan əlavə, tədbir iştirakçıları – media nümayəndələri də öz növbələrində milli mətbuatın tarixi yolundan bəhs edərək “Nar”ın bu əlamətdar günü onlarla birlikdə qeyd etməsini yüksək dəyərləndirib.