Mərdəkanda bir nəfər dənizdə batıb

Bölmə: Sosial › ,
Tarix: 17:27 22.07.2025

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

 

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.


Hazırda batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir.