Layihələr müzakirə ediləcək

Tarix: 17:41 22.07.2025
Rusiya və Ukraynanın bir-birinə təqdim etdiyi sülh nizamlanması haqqında memorandum layihələri iki ölkə arasında birbaşa danışıqların üçüncü raundunun əsas mövzusu olmalıdır. Bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
"Danışıqların mövzusu kifayət qədər mürəkkəbdir: digər məsələlərlə yanaşı, ikinci raund zamanı mübadilə edilmiş həmin memorandum layihələri də müzakirə olunmalıdır", – o qeyd edib.
"Ukrayna nizamlanması mövzusu o qədər mürəkkəbdir ki, həlak olanların meyitlərinin qaytarılması və ya mübadilələr barədə razılaşmaların əldə edilməsi artıq bir nəticədir. Hər hansı bir irəliləyiş gözləmək üçün heç bir əsas yoxdur. İndiki vəziyyətdə bunun mümkün olması ehtimalı azdır", – o vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Fərhad Mehdiyev bildirib ki, memorandum müqaviləsi sülh nizamnaməsi üçün bağlanan bir addım olmasa da, zəruri addımdır:
"Tərəflər arasında müəyyən diplomatik əlaqələrin qurulmasını göstərib. Dmitri Peskovun irəliləyiş gözləməməsinə əsas, memorandumun verilməsinin sazişin bağlanması üçün bir ümid olmamasıdır. Memorandum müqaviləsi atəşkəsin və sülhün zəruri parçasıdır. Digər şərtlər də nəzərə alınmalıdır ki, son nəticəyə gəlinə bilsin".
Aygün Babayeva