Ukrayna Rusiyaya yenə dron hücumu edib

Bölmə: Siyasət › ,
Tarix: 21:20 22.07.2025

Ukrayna yenə Moskvaya hücum edib. Rusiya hava hücumundan müdafiə qüvvələri bu gecə 35 ədəd Ukrayna PUA-sı vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi onu göstərir ki, artıq Rusiya ərazisi də müharibə alanıdır:

 

“Rusiya müharibə başlayanda bunu gözləməzdi. Ukrayna bunu etməyi bacardı. Kursk vilayətinə hücum, 2-ci Dünya Savaşından sonra ilk dəfədir ki, Rusiya-Ukrayna müharibəsində müharibə artıq Rusiya ərazisində gedir. Düzdür, Ukrayna ərazisində kimi genişmiqyaslı, böyük itkili getmir. Rusiya ərazi də itirməyib. Kursku bir müddət itirdi. Şimali Koreya əsgərlərinin hesabına qaytarmağı bacardı. Amma yenədə zərbələr psixolojidir. Rusiyada təbliğat aparılır və hər şey yaxşıdır. 300 il bundan əvvəl necə idi, indi də eynidir. Onların tarixində monqol, tatar, türk əsarəti var. Bu artıq absurddur. Çünki 300 il əvvəlki müharibə ilə indiki müharibələri bir hesab etmək olmaz. İndi sosial media var. Bu təbliğatları da aparırlar. Amma faydası yoxdur”.


Politoloq qeyd edib ki, Rusiya daxili auditoriyası narazılığını etiraz edib:

 

“Ukrayna yaxşı bilir ki, dronlarla Rusiyanı məğlub etmək mümkün deyil. Bunu çox gözəl bilirlər. Amma bu psixolojidir. Eyni “44 günlük müharibədə” ermənilərin Gəncəni vurması kimidir. Bizə yenidən acı, qorxu vermək üçün idi. Bunu Ukraynada başqa cür edir. Qalib gəlmək üçün bütün məqsədlər həyata keçirilir. Bu həmişə belə olub. Belə də olacaq. Əgər Ukrayna belə etsə, Rusiya üçün vəziyyət çətinləşə bilər”.


Nuray Əliyeva