Azərbaycan Prezidenti Pekində xalq qəhrəmanları abidəsini ziyarət edib

Bölmə: Siyasət › ,
Tarix: 17:27 24.04.2025

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib. Bu barədə Pekinə ezam olunan əməkdaşı xəbər verib.

 

Mövzu ilə bağlı " İnformator.az"a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, bu addım hər iki ölkənin müstəqilliyinə və suverenliyinə qarşılıqlı dəstəyin ifadəsidir:

 

"Azərbaycan Respublikasının Prezidentinin Çinə səfəri çərçivəsində Xalq Qəhrəmanları Abidəsini ziyarət etməsi, ilk növbədə, protokola daxil edilmiş rəsmi bir tələb kimi qiymətləndirilə bilər. Dövlət başçısının bu ziyarəti həm də Azərbaycanın Çinlə suverenlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərinə verdiyi önəmin göstəricisidir. Bu addım, eyni zamanda, hər iki ölkənin müstəqilliyinə və suverenliyinə qarşılıqlı dəstəyin ifadəsidir. Səfər zamanı Prezident İlham Əliyev bir sıra mühüm müqavilə və sazişlərə də imza atıb ki, bu da Azərbaycan ilə Çin arasında əməkdaşlığın və qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edir".

 

Qəmər Kazımzadə