Gələn il Bakıda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək

Tarix: 23:01 01.05.2025
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 8-ci iclası 2026-cı ildə Bakı şəhərində keçiriləcək.
Mövzu ilə əlaqədar politoloq Sultan Zahidov “İnformator.az”a açıqlamasında bildirib ki, Böyük Britaniyanın Cənubi Qafqazdakı fəallığı hər zaman olub:
“Böyük Britaniya Beynəlxalq təşkilatlarda da Azərbaycanın mövqeyini bəzən açıq, bəzən isə gizli formatda dəstəkləyib. 2020-ci ilin oktyabrında BMT-də Azərbaycana qarşı müzakirə olunan layihədə Britaniyanın rolu danılmazdır. Eyni zamanda Rusiya bir neçə il əvvəl Azərbaycana qarşı təhdid yönümlü ifadələr səsləndirərkən Britaniyanın Azərbaycana dəstəyi yenə də özünü göstərdi. Yəni, Britaniya Cənubi Qafqazda prioritet inkişafa və əməkdaşlığa böyük önəm verir. Bu hal Rusiyanı narahat edir. Çünki Rusiya Britaniyanı bir təhdid kimi bilir. Aİ ilə Britaniya arasında hazırda fikir ayrılığı yoxdur. Xüsusilə də Rusiya - Ukrayna məsələsində onlar əksər hallarda vahid mövqedən çıxış ediblər”.
Asiman Vəliyeva