İranın Beyrutdakı səfiri Livan XİN-ə çağırılıb

Bölmə: Siyasət › ,
Tarix: 17:43 24.04.2025

Livan Xarici İşlər Nazirliyi İranın Beyrutdakı səfiri Moctaba Amanini Tehranı Livanın daxili işlərinə müdaxilə etməməyə çağırıb. "İnformator.az" xəbər verir ki, bu barədə cümə axşamı “Al-Arabiya” telekanalı məlumat yayıb.

 

Amani ilə söhbət zamanı Livan hökuməti ölkələrin suverenliyinə dair "diplomatik protokola riayət etməyin" vacibliyini vurğulayıb. Telekanalın məlumatına görə, daha əvvəl İranın Beyrutdakı səfiri "Hizbullah" hərəkatının tərk-silah olunması ilə bağlı fikir bildirib.