Atəşkəs əldə oluna biləcək?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:57 24.04.2025

ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq bildirib ki, ABŞ, Ukrayna və Avropa nümayəndələri Londonda atəşkəs razılaşmalarını möhkəmləndirmək üçün görüşəcək. O qeyd edib ki, Parisdəki danışıqlarda atəşkəsə doğru irəliləyiş müzakirə olunub. Həmçinin, Tramp administrasiyası Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün yeni görüş planlaşdırır.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda Tramp administirasiyasının nümayəndəsi Rusiyan ilə danışıqlar aparır:

 

"Ukrayna məsələsi ilə bağlı hazırda danışıqlar gedir. Əsas müzakirə olunan mövzu müharibənin tezliklə dayandırılması və atəşkəs haqqında razılaşmanın əldə olunmasıdır. Düzdür, Zelenski höküməti buna razıdır. Əvvəl bir qədər tərəddüd var idi. Çünki Ukraynanın Qərbdəki mütəffiqləri atəşkəs bağlanmasını arzu etmirlər. Ancaq hazırda Amerika ilə danışıqlardan sonra və Vaşiqtonun Kiyevə təziqlərindən sonra və Ukrayna tərəfi atəşkəs müqaviləsinə razıdır. Dəfələrlə Kiyevdən bu barədə açıqlama verilib. Hazır ki, situasiyada Rusiyanın atəşkəsə çox da isti baxmadığını müşahidə edirik. Rusiya ümumi sülh müqaviləsinin bağlanmasına çalışır ki, burada da, təbii ki, öz mənafelərini düşünür. Rusiyanın şərtləri bəlidir. Əvvələr olduğu kimi Krım Luqansk və Donetsk başqa hazırda ərazisinin bir hissəsini işğal etdiyi Zaparojiya və Xerson vilayətlərinin də ona verilməsini istəyir. Özünün tutduğundan çox ərazi tələb edir. Bunu da nə Qərb, nə də Ukrayna qəbul edir. Amerika Rusiyanı razı salmaq üçün yalnız Krımın Rusiya ərazisi kimi tanınması şərti ilə hüquqi olaraq, həm Ukrayna, həm də Qərb ölkələri tərəfindən Krımın Rusiya ərazisi kimi tanınması şərti ilə müharibənin dayandırılmasını və sülhün bağlanmasına çalışır".

 

O, həmçinin qeyd edib ki, Rusiya Ukraynanın şərqinidə ələ keçirməyə çalışır:

 

"Çünki həmin ərazilərdə hən su mənbəyləri var, həm də Krıma gedən tranzit yolların üzərində yerləşir. Bütün bunlara görə çalışacaqlar ki, bu məsələ öz həlini tapsın. Danışıqlar davam edir ümumi olaraq hansısa sülh müqaviləsinin bağlanması real görünmür. Ancaq eyni zamanda tərəflərin resursları tükəndikcə atəşkəsin əldə olunması barəsində ümidlər artır. Ola bilər ki, qısa müddətlik atəşkəs rejimi əldə edilsin".


Ayşən Səlimova