Ermənistandakı Aİ missiyası: təhlükəsizlik yoxsa kəşfiyyat fəaliyyəti?

Bölmə: Siyasət › ,
Tarix: 20:51 24.04.2025

 

Ermənistanda yerləşən Avropa İttifaqının müşahidəçi missiyası rəsmi olaraq sülh və sabitlik məqsədi daşısa da, onun fəaliyyəti ilə bağlı ciddi suallar doğurur.

 

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqının Qafqaz bölgəsində göndərdiyi qondarma müşahidəçi missiyası, özü vətəndaş missiyası adı altındadır. Onun vəziyyətin təkmilləşməsinə, sonra sağalmasına, sabitləşməsinə və s. heç bir xeyri yoxdur:

 

"Çünki faktiki olaraq Qarabağ problemi artıq həllini tapıb, o gündəmdən çıxıb gedib.İndi Minsk Qrupunun hələ də qüvvəyə mindirilməsini aktuallaşdırırlar, deyirlər ki, guya bu üçlük fəaliyyətini davam etdirməlidir.Onlar bütün dünyaya təlqin etmək istəyirlər ki, guya Qarabağ məsələsi hələ də həllini gözləyir, asılı vəziyyətdədir və Azərbaycanın yurisdiksiyası bu bölgə üzərində şübhə ilə qarşılanmalıdır. Bu, əlbəttə ki, çox təhlükəli bir yanaşmadır. Missiyanı göndərənlər də məhz o mövqedən çıxış edirlər ki, guya burada gələcəkdə toqquşmalar ola bilər, burada insidentlər baş verə bilər və ona görə də burada müşahidəçi missiyası olmalıdır. Əgər bu, fərqli yönlü bir məsələ olsaydı, Praqa görüşlərində – iki il bundan əvvəl, 2022-ci ildə – Prezident İlham Əliyev bu məsələyə razılıq verərdi. O bir mənalı şəkildə bilirdi ki, belə bir missiyanın gəlişinə heç bir lüzum yoxdur və bu, bir siyasi sifariş kimi, yalnız o qüvvələrin və onların gözləntilərinə cavab verəcək bir təşəbbüsdür.Məsələ burasındadır ki, bu missiyanın fəaliyyəti ümumiyyətlə qapalı xarakter daşıyır. Biz bilirik ki, onlar casusluqla məşğuldurlar, bölgə dövlətlərinin sərhədyanı ərazilərini nəzarətdə saxlayırlar, sükut diplomatiyası vasitəsilə lazımi mərkəzlərə məxfi məlumatlar ötürürlər. Məsələ ondadır ki, bunlar heç bir şeyi açıqlamırlar".

 

Politoloq həmçinin bunu da qeyd edib ki, Qafqaz ,demək olar ki, Avrasiya məkanının ən vacib bölgələrindən biridir. Həmçinin Orta Asiya və Uzaq Şərqə doğru açılan yolun başlanğıcıdır.Bu yolun başlanğıcında isə Azərbaycan dayanır:

 

"Əgər biz Qərbdən Şərqə doğru hərəkət ediriksə, eyni zamanda Şərqdən də hərəkət edən varsa, bu yol mütləq Azərbaycandan keçir.Ona görə də biz bu yaxınlarda gördük ki, Ursula von der Leyen – Avropa İttifaqının məsul şəxsiyyətlərindən biri – Daşkəndə gəldi. Orada sammit keçirdilər, sonra isə təxribatçı planlarını həyata keçirməklə çalışdılar. Əgər bu yollarda – Şərqdən Qərbə, Qərbdən Şərqə – xüsusilə Azərbaycanın iştirakı yoxdursa, onlar heç nə edə bilməyəcəklər. Haqqında danışdığımız bu müşahidə missiyasının əsas qayəsi ondan ibarətdir ki, burada lazım olan halda, Azərbaycanın zəif nöqtələrini müəyyən etsinlər. Halbuki bizdə zəif nöqtələr, əslində, yoxdur. əgər Fransa həqiqətən də özünü normal aparsaydı, Azərbaycan-Ermənistan qarşıdurmasında sağlam mövqe nümayiş etdirsəydi, məncə bu missiyanın gəlişinə heç bir ehtiyac qalmazdı.Mən onların fəaliyyətindən heç bir müsbət dönüş və ya effekt gözləmirəm".

 

Güllər Gülhüseynova