Erməni deputat etiraf etdi: Ermənilər Xankəndini tərk edərkən itki olmayıb

Tarix: 21:25 24.04.2025
Ermənistan Parlamentində "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Xaçatur Sukiasyan jurnalistlərə müsahibə verib.
"İnformator.az" xəbər verir ki, o, müsahibəsində ermənilərin 2023-cü ildə Xankəndini itkisiz tərk etdiyini vurğulayıb.
Jurnalistin "Vuruşmayıblar?" sualından heyrətlənən deputat "Nə vuruşmaq? Hansı vuruşmaqdan söhbət gedir? Belə bir şey olmayıb. İtki olmayıb" deyə əlavə edib.