Trampdan İran danışıqlar aparacaq heyətə yeni təyinat

Tarix: 21:43 24.04.2025
Tramp administrasiyası Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Maykl Antonini (Michael Antony) İranla nüvə proqramı ilə bağlı danışıqlarda texniki qrupa rəhbər təyin edib.
"İnformator.az" "Politico”ya istinadən xəbər verir ki, Dövlət Departamentinin siyasətin planlaşdırılması üzrə direktoru M.Antoni İranla danışıqlar aparan peşəkar məmurlarından ibarət komandaya rəhbərlik edəcək.
Onun həftəsonu İran rəsmiləri ilə ekspert danışıqlarının ilk raundunu keçirəcəyi, ondan sonra xüsusi elçi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Araqçinin gələn həftə Romada yenidən görüşəcəyi bildirilir.
Qəzetin yazdığına görə, Antoni Romada danışıqların son raunduna qədər Vitkovu müşayiət edib.
"O, təcrübəsini və intellektini nəzərə alaraq bu iş üçün idealdır. Ən əsası o, prezident Trampın bu məsələ ilə bağlı planının həyata keçirilməsini təmin edəcək", - administrasiya sözçüsü bildirib.