ABŞ Tramp bu dəfə də erməniləri-MƏYUS ETDİ

Bölmə: Siyasət › ,
Tarix: 21:50 24.04.2025

ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqda "soyqırımı” sözündən istifadə etməyib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Evin saytında dərc olunan müraciətində bildirilib.

 

O, 1915-ci ildə baş verən hadisələri "ən dəhşətli fəlakət" adlandırıb.

 

Xatırladaq ki, Tramp əvvəlki prezidentliyi dövründə də "soyqırımı" ifadəsini işlətməyib