Azər Qasımovun xanımı da işdən çıxıb

Tarix: 21:32 01.05.2025
Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun xanımı Aytən Qasımova vəzifəsindən ayrılıb.
"İnformator.az" "Demokrat.az"a istinadən xəbər verir ki, Aytən Qasımova uzun illər çalışdığı Azərbaycan Dövlət Xəbər Agentliyi (AZƏRTAC) ilə yollarını ayırıb.
O, 20 ilə yaxın idi ki, AZƏRTAC-da çalışırdı.
Qeyd edək ki, Prezidentin sabiq mətbuat katibi Azər Qasımov da bu yaxınlarda tutduğu vəzifədən azad edilmişdi.