Almaniyada çevriliş cəhdində ittiham olunan təşkilata aid dərnək qadağan edilib

Bölmə: Dünya › ,
Tarix: 17:49 13.05.2025

Almaniya Federativ Daxili İşlər Naziri Aleksandr Dobrindtin qərarı ilə "Almaniya Krallığı Dərnəyi" qadağan edilib. Şübhəli bilinən dörd rəhbər şəxs saxlanılıb.

 

Almaniya Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, “Dərnəyin məqsədi və fəaliyyəti cinayət qanunvericiliyinə ziddir və konstitusion quruluşla uzlaşmır”.

 

Daxili İşlər Naziri Dobrindt dərnəyin qadağan edilmə səbəbini Almaniyada çevriliş planlaşdırmaqda ittiham edilən “İmperatorluq vətəndaşları (Reichsbürger)” təşkilatının ən böyük qurumu olması ilə əsaslandırıb.

 

2012-ci ildə Vittenberq şəhərində “Ali hökmdar” Peter Fitsek “Almaniya Krallığı Dərnəyi”ni elan edib. Bu birlik hazırda Almaniyada saxta İmperatorluq vətəndaşları və özünüidarə tərəfdarlarından ibarət ən çox üzvə malik qurum hesab olunur.


Federal Prokurorluğun qərarı ilə aralarında qurucu Peter Fitsekin də olduğu dörd şübhəli şəxs saxlanılıb.

 

Məhkəməyə təqdim olunacaqları və Karlsruhədəki Federal Ədliyyə Məhkəməsində hakim qarşısına çıxarılacaqları bildirilib.

 

 

TRT Xəbər

Nuray Əliyeva