İsrail, İranın qurudan-quruya raket bazalarına hücumlar həyata keçirir

Tarix: 12:38 16.06.2025
İsrail ordusu, İranın mərkəz hissəsində yerləşən qurudan-quruya raket bazalarına qarşı yeni hücumlara başladığını elan edib.
Ordudan verilən açıqlamada bildirilib: “Hazırda İranın mərkəz hissəsində yerləşən qurudan-quruya raket bazalarını hədəfə alırıq”.
Bu açıqlama İsrail vətəndaşlarına sığınacaqlardan uzaqlaşmamaqla bağlı göstəriş verildikdən sonra verilib.
İsrailin İranı güclü şəkildə vurması ilə başlayan qarşıdurma
İsrail, 13 iyun tarixində İranın müxtəlif şəhərlərində yerləşən, xüsusilə nüvə obyektlərini və ordu rəhbərliyini hədəf alan genişmiqyaslı hücumlar həyata keçirib.
Bu hücumlarda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı və bir neçə yüksək rütbəli hərbiçi, həmçinin 9 nüvə alimi həlak olub. Ümumi mülki itki sayı isə 224 nəfər olaraq açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə verdiyi cavab zərbəsində isə 14 nəfərin öldüyü, 400-dən çox insanın yaralandığı bildirilib.
Türkiyə başda olmaqla bir çox ölkə İsrailin hücumlarını qınayıb.
TRT HABER
Solmaz Muradova