İranın növbəti addımı: Hörmüz boğazı bağlanarsa nə baş verər?

Bölmə: Siyasət › ,
Tarix: 12:44 16.06.2025

İranın Hörmüz boğazını bağlama ehtimalı yenidən beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib. İran parlamentinin Təhlükəsizlik Komitəsinin üzvü Esmail Kavatri ölkəsinin təhlükəsizlik səbəbi ilə boğazı gəmiçiliyə bağlaya biləcəyini bildirib.


Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az”a açıqlamasında İranın bu addımı atmasının qlobal ticarətə böyük zərbə vura biləcəyini deyib:


“Hörmüz boğazı dünyadakı neft və ticarət daşımalarına təsir edə biləcək ən kritik nöqtələrdən biridir. Bu vaxta qədər də İran Bab əl-Məndəb boğazı istiqamətində, yəni Qırmızı dənizdə müəyyən prosesləri Yəmən vasitəsilə həyata keçirə bilib. İndi də boğazın müvəqqəti bağlanması mümkündür – İran bunu zaman-zaman edib. Lakin boğazın tamamilə və uzun müddətlik bağlanması real görünmür. Belə bir addım bütün dünyanın ticarət ritmini poza bilər”.


Solmaz Muradova