Tramp: Tehrandakı hər kəs dərhal təxliyə olunmalıdır

Bölmə: Dünya › ,
Tarix: 13:44 17.06.2025

 

ABŞ-nin sabiq Prezidenti Donald Tramp İsrail-İran gərginliyi ilə bağlı növbəti açıqlama ilə çıxış edib. Truth Social platformasında yayımladığı bəyanatında o, İranın nüvə silahına sahib olmamalı olduğunu vurğulayıb:

 

“İran mənim təklif etdiyim razılaşmanı imzalamalı idi. Bu, baş vermədiyi üçün insanlıq üçün böyük itkilər yaşanır. İranın nüvə silahı ola bilməz. Tehrandakı hər kəs dərhal təxliyə olunmalıdır”.

 

Hazırda Kanadada keçirilən G7 Liderlər Zirvəsində iştirak edən Tramp əlavə edib ki, ABŞ bu təhlükənin qarşısını almaq üçün bütün tədbirləri görür:

 

“İranda nüvə silahı görmək istəmirəm və buna imkan verməyəcəyik”.

 

Ağ Ev rəsmiləri Trampın açıqlamasının danışıqların təcili ehtiyacına işarə etdiyini bildiriblər. CNN-ə danışan rəsmi qeyd edib ki, bu çağırış İranın diplomatik masaya dönməsinin vacibliyini göstərir. Tramp isə zirvə çərçivəsində dövlət katibi Marko Rubio və digər rəsmilərlə daimi əlaqədə olduğunu bildirib.


TRT haber
Mahmudlu Ləman