İsrailin raket müdafiəsi tükənir

Tarix: 13:46 17.06.2025
İsrail ilə İran arasında beş gündür davam edən qarşıdurma fonunda Təl-Əvivin ballistik raketləri ələ keçirməyə yönəlmiş müdafiə sistemləri sürətlə tükənmək üzrədir. Bu barədə məlumatlı mənbələr bildirirlər.
Middle East Eye nəşrinə danışan ABŞ-nin yüksək rütbəli rəsmisinin sözlərinə görə, İsrailin raketdən müdafiə ehtiyatı ciddi şəkildə azalıb. Vaşinqton isə bu boşluğu doldurmaq üçün addımlar atmağa çalışır.
Mənbə əlavə edib ki, ələ keçirici sistemlərin çatışmazlığı İranın birbaşa müdaxiləsini daha da riskli edir. ABŞ rəsmiləri, həmçinin xəbərdarlıq edirlər ki, əgər Vaşinqton Tehrana qarşı birbaşa hərbi müdaxilə etsə, İran İsrailə qarşı daha genişmiqyaslı cavab verə bilər. Bu isə ABŞ-nin qlobal raketdən müdafiə resurslarını “fəlakətli həddə”çatdıra bilər.
Hazırkı böhran bölgədə hərbi balansı dəyişməklə yanaşı, qlobal təhlükəsizlik arxitekturasına da ciddi təsir göstərə bilər.
TRT haber
Mahmudlu Ləman