Tramp: "İranla heç bir şəkildə sülh danışıqları aparmamışam"

Bölmə: Dünya › ,
Tarix: 14:45 17.06.2025

ABŞ-nin prezidenti Donald Tramp, İsrailin İran əleyhinə hücumlarından sonra gərginlik fonunda Tehranla sülh danışıqları apardığı iddialarını təkzib edib. O, bu məlumatların "tamamilə uydurma və saxta xəbər" olduğunu bildirib.


Tramp bu barədə Truth Social platformasındakı rəsmi hesabında paylaşım edərək, İsrail-İran gərginliyinə dair yayılan məlumatlara münasibət bildirib.


"Sülh danışıqları aparmaq üçün İranla heç bir şəkildə əlaqəyə keçməmişəm. Bu xəbərlər tamamilə uydurma və saxtadır", – deyə Tramp bildirib.


Prezident əlavə edib ki, əgər İran tərəfi danışıqlar aparmaq istəyirsə, "onlar mənə necə çatacaqlarını bilirlər".


TRT HABER
Solmaz Muradova