İrandan atılan iki raket İsrailin mərkəzi hissələrinə düşüb

Tarix: 14:53 17.06.2025
Bu səhər İran tərəfindən həyata keçirilən cavab hücumları zamanı atılan ballistik raketlərdən ikisinin İsrailin mərkəzi hissələrinə isabet etdiyi bildirilir. Nəticədə 10 nəfərin yüngül xəsarət aldığı açıqlanıb.
İsrail ordusunun yaydığı məlumatda, İranın təxminən 20 ballistik raket atdığı bildirilir. Lakin hava hücumundan müdafiə sistemləri tərəfindən neçə raketin zərərsizləşdirildiyinə dair məlumat paylaşılmayıb.
İsrail mediası raketlərin ölkənin mərkəzi hissəsində yerləşən iki fərqli bölgəyə düşdüyünü qeyd edib. Bildirilib ki, vurulan ərazilərdən biri Tel-Əvivə bağlı Quş Dan bölgəsi, digəri isə Tel-Əviv yaxınlığındakı Herzliya şəhəridir.
İsrailin təcili yardım xidməti – Qırmızı Davud Ulduzu – açıqlamasında hücum nəticəsində 10 nəfərin yüngül xəsarət aldığını bildirib. Eyni zamanda raketlərin isabet etdiyi ərazilərdən qalxan tüstü görüntüləri sosial mediada yayılıb.
İsrail Ordusunun Daxili Cəbhə Komandanlığı hücumların sona çatdığını təsdiqlədikdən sonra əhalinin sığınacaqlardan çıxa biləcəyini elan edib.
TRT HABER
Solmaz Muradova