İranın İsraili niyə gecə vurduğu üzə çıxıb

Tarix: 15:50 17.06.2025
İran-İsrail müharibəsi beşinci günündə davam edərkən, İranın raket hücumlarını əsasən gecə saatlarında həyata keçirməsi diqqətdən yayınmayıb. İsrail mediasında yer alan xəbərlərə görə, İran aşkarlanmaq və hücuma məruz qalmaq riskini azaltmaq üçün yanacaq doldurma əməliyyatlarını əsasən bu vaxt aralığında həyata keçirir. Xəbərdə, həmçinin maye yanacaqla işləyən uzaqmənzilli raketlərin istifadəyə hazır vəziyyətə gətirilməsinin vaxt apardığı da vurğulanıb.
İsrailin "The Jerusalem Post" qəzeti İranın raket hücumlarında gecə saatlarını seçməsinin təsadüfi olmadığını iddia edib. Xəbərə görə, Tehranın gecə qaranlığında həyata keçirdiyi hücumlar gizlilik, gözlənilməzlik və qorxu kimi amilləri özündə birləşdirən hərbi doktrinanı əks etdirib.
Lakin məqsəd yalnız psixoloji müharibədə üstünlük qazanmaqdan ibarət deyil. İranın hücumlar üçün gecəni gözləməsi eyni zamanda bəzi texniki zərurətlərlə də əlaqəlidir. Belə ki, raketlər təyyarələrdən fərqli olaraq atmosferdəki oksigendən asılı deyillər. Bunun səbəbi ballistik raketlərin oksigenin olmadığı və ya çox seyrək olduğu yüksək hündürlüklərdə hərəkət etməsidir.
Bu cür raketlərin buraxılışa hazır vəziyyətə gətirilməsi vaxt aparan bir prosesdir. Yanacaq və oksidləşdirici maddənin olduqca diqqətlə raketin daxilinə yeridilməsi tələb olunur. Bu mərhələdə İran ordusu İsrailin peykləri və kəşfiyyat təyyarələri qarşısında müdafiəsiz vəziyyətdə qalır.
İran aşkarlanmaq və hücuma məruz qalmaq riskini azaltmaq üçün yanacaq doldurma əməliyyatlarını əsasən gecə saatlarında həyata keçirib. Buna görə də hücumlar da görünüşün zəif olduğu, havadan aşkarlanma ehtimalının əhəmiyyətli dərəcədə azaldığı gecə saatlarında baş verib.
Haberler.com
Aygün Babayeva