499 dollarlıq qızıl Tramp telefonunun ABŞ istehsalı ola bilər mi?

Bölmə: Dünya › ,
Tarix: 15:57 17.06.2025

 

Mütəxəssislər Tramp Organization şirkətinin təklif etdiyi smartfonun tamamilə ABŞ-də istehsal oluna biləcəyi ilə bağlı iddiasını şübhə altına alıblar.

 

Bir sənaye analitiki BBC-yə bildirib ki, ABŞ-də 499 dollara (367,50 funt sterlinq) pərakəndə satışa çıxarılacaq qızılı rəngli telefonun istehsalı "faktiki olaraq qeyri-mümkündür".

 

Prezident Donald Trampın adına pul qazandırmaq cəhdləri silsiləsindəki son hadisənin etikasına dair suallar da qaldırılıb.

 

Vaşinqtondakı Vətəndaşların Məsuliyyət və Etika üzrə kommunikasiya direktoru Meqan Folkner, "Tramp ailəsinin prezident Trampın vəzifədə olarkən şəxsi mənfəət əldə etməsi üçün daha bir yol yaratması inanılmazdır" , -  deyib.

 

BBC 

Nəzrin Məmmədova