Rusiyanın Kiyevə ən qanlı hücumu 15 nəfərin ölümünə səbəb olub

Tarix: 15:59 17.06.2025
Rusiya Ukraynanın paytaxtı Kiyevə kütləvi raket və pilotsuz təyyarə hücumu həyata keçirib, ən azı 15 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
Pilotsuz təyyarə yaşayış binasına çırpılıb, onlarla mənzil dağılıb və Ukraynanın daxili işlər naziri ölkənin 440 pilotsuz təyyarə və 32 raketlə vurulduğunu bildirib.
Çərşənbə axşamı gecəsi baş verən hücum Rusiyanın genişmiqyaslı müharibəsinin başlamasından bəri paytaxta edilən ən böyük hücumlardan biri idi və prezident Vladimir Zelenski bunun "ən dəhşətli zərbələrdən biri" olduğunu söyləyib.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi sənaye komplekslərini hədəf aldığını və bütün hədəflərinin vurulduğunu bildirib.
BBC
Nəzrin Məmmədova