İsrail mətbuatı: Qərbi İrana yeni hava zərbələri endirilib

Tarix: 16:27 17.06.2025
İsrail dövlət televiziyası KAN İsrail ordusunun İranın qərbinə yeni hava zərbələri endirib.
KAN-da yer alan xəbərə görə, İsrail ordusundan adı açıqlanmayan bir hərbi səlahiyyətli İranın qərbinə yeni hava hücumları təşkil edildiyini açıqlayıb.
İsrail ordusu hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.
- İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə
İyunun 13-də İsrail ordusunun yüksək komandanlığı da daxil olmaqla, İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki itkilərin ümumi sayı isə 224 olaraq açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli